Ana Sayfa > İdman > Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib
Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib13-04-2019, 15:17. Yazar: sevinc1 |
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib. Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib. Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib. Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb. aia.az Geri dön |