Ana Sayfa > Manşet / Dünya > Türkiyənin daxili işlər naziri istefa verməyə hazır olduğunu bildirib

Türkiyənin daxili işlər naziri istefa verməyə hazır olduğunu bildirib


13-04-2019, 14:33. Yazar: sevinc1
Türkiyənin daxili işlər naziri istefa verməyə hazır olduğunu bildirib


Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, nazir bildirib ki, müxalifət bələdiyyə seçkilərindən sonra polisin İstanbulda evlərdə axtarışlar apardığını sübut eləsə, istefa verəcək.

O bəyan edib ki, bu müddət ərzində polis axtarışlar və reydlər həyata keçirməyib.

Qeyd edək ki, bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyası (CHP) seçkilərdən sonra İstanbulda bir sıra evlərdə axtarışların həyata keçirildiyini demişdi.

aia.az
Geri dön