Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq
Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq12-04-2019, 12:18. Yazar: sevinc1 |
Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də təşkili haqqında əmr imzalayıb. Bakupost.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 24-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar "İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilsin. ÜST dəstəyi ilə "İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb. aia.az Geri dön |