Ana Sayfa > Cəmiyyət > Quba-Xınalıq yolunda uçqun təhlükəsi var

Quba-Xınalıq yolunda uçqun təhlükəsi var


12-04-2019, 10:21. Yazar: sevinc1
Quba-Xınalıq yolunda uçqun təhlükəsi var


Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyə olunur.

Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.

aia.az
Geri dön