Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı dəqiqləşdi

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı dəqiqləşdi


11-04-2019, 12:31. Yazar: sevinc1
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı dəqiqləşdi


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan aprelin 15-də Moskvada görüşəcək.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistan XİN başçıları martın 29-da Vyanada görüşüblər.


aia.az
Geri dön