Ana Sayfa > Karusel / Təhsil > Elinanın intiharı ilə bağlı iclas keçirildi

Elinanın intiharı ilə bağlı iclas keçirildi


10-04-2019, 16:10. Yazar: sevinc1
Elinanın intiharı ilə bağlı iclas keçirildi


Bu gün 162 saylı tam orta məktəbdə aprelin 4-də baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 saylı tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.



aia.az
Geri dön