Ana Sayfa > Manşet / Gündəm > 100-dən artıq yazardan Mehriban Əliyevaya müraciət -
100-dən artıq yazardan Mehriban Əliyevaya müraciət -10-04-2019, 12:49. Yazar: sevinc1 |
Azərbaycan müasir poeziyasının tanınmış simaları Musa Yaqub və Vaqif Bayatlının uzun müddətdir səhhətlərində yaşanan problemlərin həllinə dəstək olması xahişi ilə onlarla şair-yazıçı ölkənin I Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Hazırda müraciəti 100-dən artıq yazar imzalayıb. Kampaniyada istər yaşlı, istər orta və gənc nəsil yazarlar iştirak edir. Onların arasında həm Azərbaycan Yazıçılar Birliyinin, həm Azad Yazarlar Ocağının üzvləri, həm də heç bir qurumda təmsil olunmayan yazarlar var. İmzatoplama kampaniyası sosial şəbəkələrdə hazırda da davam edir. Müraciəti imzalayan bir çox yazarın adını toplayaraq, aşağıda təqdim edirik. Bu tam siyahı deyil və imzalayanların sayı artmaqda davam edir. Sözügedən müraciəti olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Möhtərəm Mehriban xanım! Azərbaycan mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması sahəsində gördüyünüz işlər son dərəcə dəyərli və təqdirəlayiqdir. Yardıma və mənəvi dəstəyə ehtiyacı olan mədəniyyət xadimlərinin müalicəsi üçün göstərdiyiniz qayğı hər zaman ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Elə nəzərinizə çatdıracağımız məsələyə də yüksək həssaslıqla yanaşacağınıza əminik. Belə ki, müasir Azərbaycan poeziyasının iki mötəbər nümayəndəsi - Musa Yaqub və Vaqif Bayatlının səhhətində uzun müddətdir ciddi problemlər yaranıb. Bu ustad sənətkarların heç birinə xüsusi prezident təqaüdü verilmir. Bu halda Musa Yaqub da, Vaqif Bayatlı da yalnız məhdud şəxsi vəsaitləri hesabına müalicə olunmaq məcburiyyətində qalırlar. Bu da boşuna vaxt itkisindən başqa bir şey deyil. Hər iki şairin quru nəfəslərinin belə poeziyamızın üzərində olması bizim milli-mənəvi dəyərlərimiz üçün bir tanrı lütfüdür. Sizə məktub yazmaqda məqsədimiz iki böyük söz adamının yaşadığı problemə diqqətinizi yönəltməkdir. Həqiqi Sözün, gerçək ədəbiyyatın yerini bilən və ədəbiyyatımızda ağırçəkili söz sahibi olan iki böyük sənətkarın səhhətindəki probleminin həllində yardımçı olacağınıza ümid edirik. Biz, müasir ədəbi mühitin nümayəndələri kimi bu iki böyük şairdən dövlətin diqqət və qayğısını əsirgəməməyi sizdən xahiş edirik. Siz də bilirsiniz ki, xalqın sevdiklərini sevmək, diqqətlə əhatə etmək elə xalqın özünü sevmək, xalqın özünə diqqət göstərmək deməkdir. Böyük hörmət və ehtiramla öncədən təşəkkürmüzü bildiririk. Ağa Cəfərli Alpay Azər Alik Əlioğlu Aləmzər Sadıqqızı Asiman Eyniyev Ayxan Ayvaz Aysel Əlizadə Aysel Xanlarqızı Azad Qaradərəli Azad Yaşar Azər Abdulla Aqşin Evrən Bilal Alarlı Ceyhun Musaoğlu Dağlar Yusif Əfəndi Emin Piri Əfqan Nəsirli Ələsgər Əhməd Fərhad Amur İntiqam Hacılı Jalə İsmayıl Həmid Herisçi Xan Rəsuloğlu Kəramət Böyükçöl Kənan Hacı Kərim Kərimli Kəmaləddin Qədim Qismət Rüstəmov Mahir Dərviş Mehman Qaraxanoğlu Murad Köhnəqala Mirmehdi Ağaoğlu Məhəmməd Tanhu Nadir Qocabəyli Nərgiz Cabbarlı Orxan Saffari Oqtay Hacımusalı Pərviz Cəbrayıl Ramiz Qusarçaylı Rəfail Tağızadə Rəsmiyyə Sabir Ruzbeh Məmməd Salam Sarvan Sahilə İbrahimova Səhər Əhməd Sərraf Balaxan Səfa Rəşid Səbuhi Şahmursoy Sevinc Çılğın Sevil Gültən Sevinc Elsevər Şərif Ağayar Şəhriyar del Gerani Telman Bayramov Ülviyyə Heydərova Ümid Nəccari Vidadi Qafarov Zamiq Abdullayev Zahir Əzəmət (Qaynarinfo.az) aia.az Geri dön |