Ana Sayfa > Karusel / Cəmiyyət > Sumqayıtda maskalı şəxslər 30 yaşlı kişiyə hücum etdi

Sumqayıtda maskalı şəxslər 30 yaşlı kişiyə hücum etdi


9-04-2019, 09:38. Yazar: sevinc1
Sumqayıtda maskalı şəxslər 30 yaşlı kişiyə hücum etdi


Ötən gecə Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Cəfərov Elnur Mahir oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Bildirilir ki, onu döyən şəxslər maskalı olublar. E.Cəfərovu döyən şəxslər onu Katec qəsəbəsindəki küçələrdən birində atıblar. Bundan sonra o, qardaşına xəbər verib və Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

E.Cəfərova aşağı və yuxarı ətrafın əzilməsi diaqnozu qoyulub. Ona tibbi yardım göstərildikdən sonra ambulator müayinə üçün evə buraxılıb.

Faktla bağlı polis araşdırmaları aparılır. (ONA)

aia.az
Geri dön