Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanlı cərrah Türkiyədə gənc mütəxəssislərə dərs keçdi

Azərbaycanlı cərrah Türkiyədə gənc mütəxəssislərə dərs keçdi


8-04-2019, 18:11. Yazar: sevinc1
Azərbaycanlı cərrah Türkiyədə gənc mütəxəssislərə dərs keçdi




Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. Tariyel Ömərov martın sonunda Türkiyədə təşkil olunan kurslarda təlimçi qismində iştirak edib.

Doktor T.Ömərov Türkiyə Bariatrik Cərrahi Dərnəyinin təşkilatçılığı ilə baş tutan “Bariatrik-Metabolik Cərrahiyyədə revizional texnikalar” mövzusunda kursun iştirakçısı olub. O, təlimin ilk günü Cərrahpaşa tibb fakültəsində, növbəti gün isə Medtronik İnnovasion Mərkəzinin heyvan labaratoriyasında təşkil olunmuş kursa qatılıb.

Qürurverici haldır ki, ATU-nun əməkdaşı yalnız kursda sıradan iştirakçşı kimi qatılmayıb, o, həmçinin Türkiyənin təcrübəli professorları ilə yanaşı işləyib. T.Ömərov kursun ikinci günü gənc cərrahlara “Praktik laparoskopik-bariatrik-metabolik cərrahi vərdişlərin həyata keçirilməsi ilə bağlı işin incəliklərini mənimsəməsinə kömək edib. Tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşən cərrah T.Ömərov konqresin işini yüksək qiymətləndirir.

“Konqresin işi çox effektiv planlanmışdı. Biz milli dərnək olaraq İstanbul Universiteti Cərrahoaşa Tibb Fakültəsində təşkil olunan bu konfransda dünya şöhrətli professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq və eyni zamanda öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq. Digər tərəfdən, həmçinin gənc cərrahlara heyvan labarotoriyasında təşkil olunmuş canlı əməliyyat kurslarında təlim keçdik. Əslində, təvəzökarlıqdan uzaq olaraq demək istərdim ki, ölkəmizdə bu sahə son 6 ildə yaranıb. Bu iş bizim cərrahlar tərəfindən tədqirəlayiq şəkildə irəli aparılır və dərnəyimizin bu işdə çox böyük rolu var”.

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri T.Ömərov tədbirin təşkilində və azərbaycanlı cərrahların iştirakına şərait

yaratdığına görə TOSS (Turkish Obesity Surgery Society) sədri dəyərli professor Mustafa Taşkın olmaqla bütün təşkilati heyətə təşəkkürünü bildirdi.

Bu beynəlxalq tədbirdə azərbaycanlı cərrahın təlimçi və kurs rəhbəri kimi təmsil olunması Azərbaycan səhiyyəsinin dünya standatlarına uyğun olmasını, ölkəmizdə beynəxalq səviyyəli mütəxəssislər tərəfindən uğurlu cərrahiyyə əməliyyatların aparılmasının göstəricisidir.

Tariyel Ömərov təmsil etdiyi qurumla birgə gələcəkdə də Azərbaycanı bütün dünyada layiqincə təmsil edəcəklərini, beynəlxalq tədbirlərdə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində ölkəmizdə aparılan işlərin təbliğ olunacağını qeyd etdi. O, gələcəkdə Azərbaycanda da belə yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkil olunacağından əminliyini bildirdi

aia.az




Geri dön