Ana Sayfa > İdman > Güləşçimiz erməniyə qalib gəldi
Güləşçimiz erməniyə qalib gəldi8-04-2019, 15:24. Yazar: sevinc1 |
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb. Modern.az xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar. 65 kqda mübarizə aparan Hacı Əliyev təsnifat mərhələsində əvvəlcə belaruslu Hüseyn Şaxbanovu, daha sonra isə ermənistanlı Vazgen Tevanyanı məğlub edərək 1/4 finala yüksəlib.O, bu mərhələdə rusiyalı Naçin Kularla qarşılaşacaq. Təsnifat mərhələsi Hacı Əliyev – Hüseyn Şaxbanov (Belarus) – 7:2 Hacı Əliyev – Vazgen Tevanyan (Ermənistan) – 1:0 1/4 Hacı Əliyev – Naçin Kular (Rusiya) aia.az Geri dön |