Ana Sayfa > Manşet / Ölkə > Nazirlik 4 milyarda susur, “Turqay” MMC haqda cinayət işi gizlədilir - İddia
Nazirlik 4 milyarda susur, “Turqay” MMC haqda cinayət işi gizlədilir - İddia8-04-2019, 13:42. Yazar: admin |
Adı tender yeyintilərində hallanan “Turqay” MMC firmasına cinayət işi başlanması haqda xəbərlər şirkət tərəfindən ört-basdır olunur AIA.Az mediaya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin elan etdiyi tenderlərin əksəriyyətində müəmmalı şəkildə qalib olan “Turqay” MMC barəsində cinayət işi açılması məlumatları tirajlanıb. Bu haqda rəsmi təsdiq olmasa da, firma məlumatları gizlətməyə cəhd edir. Görünür ki, “od olan yerdən tüstü çıxmaz”. O baxımdan şirkətin rəhbəri Tamerlan Abbasov əl-ayağa düşüb. Amma Səhiyyə Nazirliyi məsələ barəsə susur. Cinayət işinin motivi, ittihamların nədən ibarət olması haqda səhih informasiya verilmir. Deyilir ki, maliyyə mənimsəmələri ortaya çıxıb. “Turqay” MMC-nin təsisçisi Abbasov Tamerlan Yəhya oğlunun Səhiyyə Nazirliyi rəhbərliyinə yaxın olduğu bildirilir. Ona görə tenderlərin əksəriyyətini udurmuş. Sonra ciddi maliyyə yeyintiləri aşkarlanıb və cinayət işi başladılıb. T.Abbasov bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlanıb. Sumqayıt şəhər məhkəməsinin hökmü ilə CM-nin 213.4 maddəsi ilə təqsirli bilinib və 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amma həbs müddəti bitər-bitməz məhkumluq yaşamış T.Abbasov yenidən fəaliyyətini davam etdirib. “Turqay” MMC-nin bu günə qədər gördüyü işlərin ümumi dəyəri yüz milyon manatlarla ölçülür. Şirkətlə Səhiyyə Nazirliyi arasında sonuncu tender müqaviləsi 2018-ci ilin sonunda, Xırdalandakı Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün imzalanıb. Müqavilədə Səhiyyə Nazirliyi xəstəxananın tikintisi üçün “Turqay” MMC şirkətinə 11 milyon 933 min manatdan artıq vəsait ayırıb. Şirkət son bir neçə ildə nazirliyin 5 milyard manata yaxın tenderinin qalibi elan olunub. Maraqlıdır ki, dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur. Qeydiyyatsız bir firmaya milyardların tapşırılması, hansısa layihələrin icrasının onun öhdəliyinə buraxılması kifayət qədər riskli addımlardır. Mətbuat yazıb ki, “Turqay” MMC adlı tikinti firmasının səhiyyə naziri Oqtay Şirəliyevlə yaxşı münasibətləri var. 2015-ci ildə Quba Mərkəzi Xəstəxananın təmiri üçün “Turqay” MMC-nin hesabına 11 milyon 120 min manat pul köçürülüb. 1 saylı Kliniki Tibbi Mərkəzin təmiri üçün isə 297 min 650 manat yenə də “Turqay” MMC-nin hesabına verilib, Suraxanıdakı 31 saylı adi poliklinikanın təmiri üçün yenə 5 milyon manat. Respublika Talessimiyya Mərkəzinin təmiri üçün 294 min 245 manat, 2013-cü ildə Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üçün “Turqay” MMC-yə 10 milyon 960 manat hədiyyə edilib. Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmir işləri üçün isə 5,1 milyon manat, 2015-ci ildə Mingəçevir şəhər xəstəxanasının ərazisində olan Uşaq Reabilitasiya Mərkəzinin tikintisi üçün 775 min manat “Turqay” MMC-nin hesabına köçürülüb. Tezadlar.az yazmışdı ki, ümumilikdə, “Turqay” MMC-nin bir neçə il ərzində vergidən yayındırdığı məbləğ 4 milyard 797,7 milyon manatdır. Sonra da deyirik ki, puluz dərman almaq hüququna malik olan insanlar üçün poliklinikalara niyə dərman verilmir? Qarşı tərəfi dinləməyə hazırıq. Geri dön |