Ana Sayfa > Manşet / Təhsil > 162 nömrəli məktəbin direktorunun ŞOK SƏS YAZISI yayıldı:

162 nömrəli məktəbin direktorunun ŞOK SƏS YAZISI yayıldı:


8-04-2019, 12:43. Yazar: sevinc1
162 nömrəli məktəbin direktorunun ŞOK SƏS YAZISI yayıldı:


162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında şok səs yazısı yayılıb.

aia.az movqe.az-a istinadən xəbər verir ki, direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.

Qeyd edək ki, 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva bir neçə gün əvvəl özünü məktəbin 4-cü mərtəbəsindən ataraq intihar edib. O, bir müddət komada qaldıqdan sonra ötən həftənin sonu keçinib.

Elinanın valideyni və yaxın rəqifəsi onun məktəbdə mütamadi zorakılığa məruz qaldığını, təhqir edildiyini, director və müəllimlərin də bu vəziyyəti bildiyi halda müdaxilə etmədiklərini iddia edir.

Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Məktəb direktoru istintaq çərçivəsində prokurorluqda ifadə verib.

aia.az
Geri dön