Ana Sayfa > Aia TV > Şəbnəm Tovuzlu efirdə söyüş söyən həmkarının müdafiəsinə qalxdı:

Şəbnəm Tovuzlu efirdə söyüş söyən həmkarının müdafiəsinə qalxdı:


8-04-2019, 12:31. Yazar: sevinc1
Şəbnəm Tovuzlu efirdə söyüş söyən həmkarının müdafiəsinə qalxdı:




"Spase” televiziyasında baş verən məlum biabırçılığa görə, Rüfətin günahı yoxdur.

Bunu BakuPost-a müğənni Şəbnəm Tovuzlu deyib. Onun fikrincə, bu, qara piardır: "O söyüş söyməyib. Hamımız bilirik ki, o kadrlar montajdır. Yəni Rüfət o cür kəlmələr işlətməz. Xüsusi ilə efirdə... Rüfət ağıllı, səviyyəli, özünü hər yerdə normal apara biləcək bir bəydir”.

Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. MTRŞ buna görə "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.


aia.az
Geri dön