Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Futbolçuları aparan avtobus qəzaya düşdü: 20 ölü

Futbolçuları aparan avtobus qəzaya düşdü: 20 ölü


11-01-2016, 15:36. Yazar: admin
Futbolçuları aparan avtobus qəzaya düşdü: 20 ölü
Meksika futbolunda bədbəxt hadisə yaşanıb. Apasport.az saytı xəbər verir ki, ölkənin cənubunda adı açıqlanmayan həvəskar futbol komandasının oyunçularını və azarkeşlərini aparan avtobus körpüdən aşıb.

Qəzaya sürücünün avtobusu yüksək sürətlə idarə etməsi səbəb olub. İdarəetməni itirən sürücü avtobusun körpüdən aşmasına əngəl ola bilməyib.

Hadisə nəticəsində 20 nəfər dünyasını dəyişib. Daha 25 nəfər isə xəsarət alıb.

Meksika prezidenti Enrike Penya Nieto “Twitter”də paylaşdığı açıqlamada hadisədən məyus olduğunu dilə gətirib və vəfat edənlərin yaxınlarına başsağlığı verib.





Geri dön