Ana Sayfa > Karusel / Cəmiyyət > Pirsaat körpüsü dağılıb?

Pirsaat körpüsü dağılıb?


8-04-2019, 09:30. Yazar: sevinc1
Pirsaat körpüsü dağılıb?



Ötən gün bəzi xəbər saytlarında Şamaxı rayonunda Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtdığını, nəticədə nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə məlumat gedib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən verilən məlumata görə, son günlər ərzində sözügedən ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb:

"Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istər sə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Pirsaatçay körpüsünün qarşısında 45 metr uzunluğunda yeni yeraltı keçid inşa edilir. Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib”.

Eyni zamanda xahiş olunub ki, avtomobil yolları, yol qurğuları ilə bağlı hər-hansı bir məlumat verilməmişdən öncə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparılsın.



aia.az
Geri dön