Ana Sayfa > Parlament > Bakıda özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb
Bakıda özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb6-04-2019, 17:09. Yazar: sevinc1 |
Bakıda 3 gün əvvəl özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər Prokurorluğundan aia.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb, istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, Bakının Səbail rayonunun 162 saylı orta məktəbinin VIII sinif şagirdi Yelena Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. aia.az Geri dön |