Ana Sayfa > Ölkə > Bu il bərpa mərkəzlərində 2279 şəxsə reabilitasiya xidmətləri göstərilib

Bu il bərpa mərkəzlərində 2279 şəxsə reabilitasiya xidmətləri göstərilib


6-04-2019, 16:03. Yazar: sevinc1
Bu il bərpa mərkəzlərində 2279 şəxsə reabilitasiya xidmətləri göstərilib


2019-cu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2279 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, onlardan 1829-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər.

Qeyd olunan insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks bərpa-müalicə işləri aparılıb.

aia.az
Geri dön