Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-1 > Region – Gədəbəy Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq

Region – Gədəbəy Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq


5-04-2019, 17:40. Yazar: sevinc1
Region – Gədəbəy Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq




Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Gədəbəy rayonudur



Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Gədəbəyin də inkişafına böyük təkan vermişdir. Gədəbəy rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar sakinlərin həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynayır.

İqtisadi göstəricilər durmadan yüksəlir



2018-ci ildə Gədəbəy rayonunun ümumi daxili məhsul istehsalının həcmi 550 mln 055,7 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 55 mln 304,4 min manat və ya 11,2 faiz çoxdur. Bu məlumatlar Gədəbəy rayonunda fevral ayının 15-də keçirilmiş və 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayevin hesabat-məruzəsində təqdim olunmuşdur. Hesabatda qeyd olunmuşdur ki, rayon üzrə sənaye məhsulu istehsalı 156 milyon 716,2 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 1,5 % olmuşdur. Nəqliyyat sektorunda 2 milyon 538,1 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % cox olmuşdur. Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 484,5 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% cox rabitə xidməti göstərilmişdir. Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 29 milyon 117,8 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 69,4 faiz olmuşdur.İnvestisiyaların 27 milyon 919,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 67,7 faiz çoxdur. İstehlak və xidmət bazarlarında əhaliyə 254 milyon 484,3 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 212 milyon 440,9 min manata, pullu xidmətlərin həcmi 42 milyon 43,4 min manata çatdırılmışdır.

Kiçik və orta sahibkarlığın inkişafı xüsusi diqqət mərkəzindədir



Ölkə Prezidentinin rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası Gədəbəy rayonunda xüsusi diqqət mərkəzində saxlanılır. Görülən tədbirlərin nəticəsidir ki, Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2017-ci illə müqayisədə 8,0 faizi çoxalaraq 441,7 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 3 dəfə artaraq 878,6 manat təşkil etmişdir. O cümlədən 2018-ci ildə Gədəbəy şəhərində illik istehsal gücü 5 min ton olan çörək bişirmə müəssisəsi fəaliyyətə başlamış və burada 7 nəfər işlə təmin olunmuşdur. Rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikinitisi davam etdirilir. Birmənalı olaraq demək olar ki, rayonda iş adamlarına və investisya yatırmaq istəyən sahibkarlara bütün zəruri şərait yaradılmış, təkliflərini və onları narahat edən məsələləri dinləmək üçün 8 noyabr 2018-ci il tarixdə iş adamları ilə görüş keçirilmişdir. 2019-cu il ərzində davam edəcək və yeni cəlb ediləcək layihələr hesabına rayona beş milyon manatdan çox investisiya cəlb edilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatı rayon iqtisadiyyatının inkişaf tempini müəyyənləşdirir

Rayonun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilmiş və müvafiq köməkliklər göstərilmişdir. 2018-ci il ərzində rayonda ümumilikdə əkin aparılmış 13 min 793,8 hektarda 11 min 810 hektar kartof, 1585,3 hektar buğda, 94 hektar arpa, 240 hektar kələm, 18 hektar yerkökü, 10 hektar qarğıdalı, 36,5 hektar digər tərəvəz məhsulları əkilmişdir.



Sahələrdən 126 min 367 ton kartof, 4 min 375 ton buğda, 188 ton arpa, 43 ton qarğıdalı, 3 min 360 ton kələm, 252 ton yerkökü və 408,2 ton digər tərəvəz məhsulları yığılmış, orta məhsuldarlıq hər hektara kartof, buğda və tərəvəz sahəsində məhsuldarlıq müvafiq olaraq 107, 27,6 və 143,1 sentner təşkil etmişdir. Kənd təsərrüfatı məhsullarının becərilməsi zamanı işləyənlərin sayı 37 min 109 nəfər olmuşdur. 2019-cu ilin məhsulu üçün 1774,6 hektar payızlıq taxıl (1725,6 hektar buğda, 49 hektar arpa) və 14 hektar yonca səpini aparılmaqla ümumilkdə 1788,6 hektar sahədə əkin aparılmışdır.Kənd təsərrüfatı texniklalarının çatışmaması məhsul yığımı zamanı ciddi problemlər yaratmışdır.Xüsusilə taxıl biçini zamanı belə halın yaşanması məhsul istehsalçılarının haqlı narazılığına və məhsul itkisinə səbəb olmuşdur.Hesabat ilində İribuynuzlu mal-qaranın baş sayı 48 min 812 baş, qoyun və keçilərin baş sayı 243 min 452 baş olmuş, diri çəkidə 67,1 min sentner ət, 504,0 min sentner süd və 6,1 min sentner yun istehsal edilmişdir.

Məşğulluq və özünüməşğulluq yönümündə əhəmiyyətli tədbirlər həyata keçirilir



2018-ci ildə də rayonda əhalinin məşğulluğunun artırılmasına yönəlmiş tədbirlər davam etdirlmişdir. Ötən il Gədəbəy rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1218 nəfər müraciət etmişdir. Onlardan 529 nəfəri və ya 43,4 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin edilmişdir. İşlə təmin olunanların 227 nəfəri və ya 43,0 faizi qadınlar, 119 nəfəri və ya 22,5 faizi gənclərdir. Hesabat ilinin sonuna qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların sayı 1547 nəfər olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında ” 7 aprel 2016-cı il tarixli Sərancamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşlar 3 mərhələli təlimlərdən işitrak etmiş, onlardan 96 nəfəri təlimləri uğurla başa vurmuş və il ərzində 49 nəfər aktivlərlə təmin olunmuşdur. Ümumilikdə 2018-ci ildə Gədəbəydə 2360 hektar əkin sahəsinin becərilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağları alınmasına görə dövlət büdcəsinin vəsaiti hesabına 157 min 908 manat subsidiya verilmiş, 220 ton mineral gübrə 70 faiz güzəştli qiymətlərlə satılmışdır. Həmçinin hesabat ilində 9074 arı ailəsinə görə 747 arıçıya 90 min 740 manat subsidiya hesablanaraq ödənilmiş, 05 oktybar 2018-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş bal yarmarkasına 7 nəfər arıçının istehsal etdiyi 2410 kq süzmə bal, 80 ədəd çərçivə, 6 kq çiçək tozu və 4,5 kq vərəmum satışa göndərilmişdir.

Təhsilin inkişafı istiqamətində məqsədyönlü işlər davam etdirilir



Etiraf olunmalıdır ki, Gədəbəy rayonu ümumiyyətlə insanların maarifpərvərliyi, xüsusilə gənc nəslin elm və təhsilə olan yüksək həvəsilə hər zaman seçilib. Eyni zamanda da rayon rəhbərliyinin bu sahəyə göstərdiyi xüsusi diqqət, dövlətin təhsil strategiyasının uğurla həyata keçirilməsi yönümündə atılan addımlar rayonun təhsil sisteminin sürətli inkişafını təmin edir. O cümlədən hesabat ilində də Gədəbəydə təhsilin inkişafı, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilmiş, bu sahədə keyfiyyət göstəricilərinin yüksədilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Rayonun 83 ümumtəhsil məktəblərində 10516 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1530 nəfər pedaqoji işçi məşğul olmuşdur. 2017-2018-ci tədris ilində məktəbin 11-ci sinifini 731 nəfər bitirmiş, onlardan 368 nəfəri və ya 50,3 faizi ali məktəblər qəbul olunmaq üçün sənəd vermiş və 228 nəfər ali məktəblərə qəbul olunmuşdur. Qəbul olanlar məzunların 31,2 faizini, sənəd verənlərin isə 62,0 faizini təşkil etmişdir. Ali məktəblərə qəbul olanların 54 nəfəri 500-dən, 24 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. İl ərzində şagirdlərin biliklərinin yoxlanılması məqsədilə fənn olimpiadaları keçirilmiş, eyni zamanda qaliblərin zona və respublika turunda iştirakı təmin olunmuşdur. Ötən il Gədəbəydə təhsil və məktəbəqədər təhsil müəssisələri üçün yeni binaların tikintisi və köhnələrinin təmiri istiqamətində də genişmiqyaslı işlər aparılmışdır. O cümlədən Talakənd, Dördlər və Əyrivəng kəndlərində 40 şagird yerlik modul tipli məktəblər, Miskinli kəndində 60 yerlik körpələr evi-uşaq bağçası yenidən tikilimiş, 15 yerlik Samanlıq kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur.

Sonda bir məsələni də xüsusi olaraq vurğulamaq istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” – tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Redaksiyamıza təqdim olunan açıqlamalara görə də, rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyi belədir ki, məhz İbrahim Mustafayevin bu vəzifəyə təyinatından sonra rayonda vətəndaşların qəbuluna münasibət kökündən dəyişilmiş, onların müraciətlərinin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilməyə başlamışdır. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirmiş, vətəndaş məmnunluğunu yüksəltmişdir.


aia.az

Abbas Abbasov
Elbrus Bağırov
Geri dön