Ana Sayfa > Gündəm / Manşet / Karusel > Nazirliyin daha bir əməkdaşı işdən çıxarıldı

Nazirliyin daha bir əməkdaşı işdən çıxarıldı


11-01-2016, 14:04. Yazar: admin

Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov vəzifəsindən azad edilib.

Aia.az Xeberler.az-a istinadən xəbər verir ki, Nail Mərdanovun yerinə artıq yeni təyinat da olub.

Belə ki, Elnar Əsədov MHM-in direktoru vəzifəsinə təyin edilib.

Məlumata görə, adı çəkilən qurumda direktor müavinlərinin də işdən azad olunduğu bildirilir.

Nail Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı.
Geri dön