Ana Sayfa > Karusel / Cəmiyyət > Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi

Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi


5-04-2019, 10:10. Yazar: sevinc1
Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi


Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə Binəqədi şosesi döngə 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan ana və iki uşaq gecə saat 1 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, göstərilən yardımdan sonra onların vəziyyətləri stabilləşib. Ananın 28, övladlarının 4 və 6 yaşı var. (ONA)

aia.az
Geri dön