Ana Sayfa > Ölkə > Düzqışlaq kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirildi

Düzqışlaq kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirildi


4-04-2019, 16:36. Yazar: sevinc1
Düzqışlaq kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirildi



Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafanın Düzqışlaq kəndində növbəti səyyar görüş keçirdi.

AİA.AZ xəbər verir ki, görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanları, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Tədbirdə İcra başçısı Məhərrəm Quliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. Həmçinin Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan söz açaraq rayonumuzun ən ucqar yaşayış məntəqələrində görülən işlərdən danışdı.

Kənd sakinləri Kolayır-Düzqışlaq- Mollacəfərli, Xılxına-Qarahəsənli avtomobil yolunun salınması üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bir daha dilə gətirərək Ağstafa çayının sol sahil yaşayış məntəqələrində elektrik təsərrüfatının yaxşılaşdırılmasını, kənddə yerləşən körpələr evi-uşaq bağçasının əsaslı təmir etdirilməsini, Kolayır kəndində bir ədəd iri tutumlu elektrik transformatorunun quraşdırılmasını və kəndin Boraddi məhəlləsində bir ədəd subartezan quyusunun qazılmasını xahiş etdilər. Sakinlərin təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

aia.az






Geri dön