Ana Sayfa > Siyasət > AŞ PA yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq

AŞ PA yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq


3-04-2019, 18:36. Yazar: sevinc1
AŞ PA yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq.

Trend bu barədə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin məlumatına istinadən bildirir.

Məlumatda qeyd olunur ki, AŞ PA yaz sessiyasına paralel olaraq aprelin 9-da keçiriləcək tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət və bunun Avropa Şurası qarşısında qəbul edilmiş öhdəliklər üçün nəticələri müzakirə olunacaq.

Müzakirələrdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 8-12-də Strasburqda keçiriləcək.

aia.az
Geri dön