Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Doğum Evinin təmirinə 2 milyon ayrıldı - SƏRƏNCAM
Doğum Evinin təmirinə 2 milyon ayrıldı - SƏRƏNCAM3-04-2019, 18:30. Yazar: sevinc1 |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. aia.az-ın məlumatına görə, sərəncamla Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. aia.az Geri dön |