Ana Sayfa > Ölkə > ADAU-nun üzümçü alimləri samuxlu sahibkarlara təlim keçib
ADAU-nun üzümçü alimləri samuxlu sahibkarlara təlim keçib3-04-2019, 16:19. Yazar: sevinc1 |
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, kafedranın dosentləri Məhsəti Ələkbərova və Sevil Abduləliyeva Samux rayonunun ərazisində üzümçülüklə məşgul olan kiçik fermer təsərrüfatının sahibləri ilə görüşüb, onları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətiriblər. Məhsəti Ələkbərova “Üzüm bitkisində əlverişsiz mühit şəraitinin təsirinin aradan qaldırılması yolları” mövzusunda, Sevil Abduləliyeva isə “Bar verən üzümlüklərdə budama və quru bağlamanın aparılma qaydaları” mövzusunda təlim aparıblar. Təlimlər üzümlük sahələrində qarşılıqlı diskusiya şəklində davam etdirilib. aia.az Geri dön |