Ana Sayfa > Cəmiyyət > Nazirlik əməkdaşına CİNAYƏT İŞİ AÇILDI

Nazirlik əməkdaşına CİNAYƏT İŞİ AÇILDI


3-04-2019, 13:50. Yazar: sevinc1
Nazirlik əməkdaşına CİNAYƏT İŞİ AÇILDI


Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsinin dövlət büdcəsindən ayrılan vəsaitin əsassız yerə xərcləməsi faktı üzrə cinayət işi başlanıb.

Fakt üzrə şöbənin əməkdaşı Cəfərov Rəhim Əliqulu oğlu cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə saxtakarlığı və xeyli miqdarda mənimsəmədə ittiham edilir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, dövlət büdcəsinin Salyan rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsinin, dövlət büdcəsindən ayrılan vəsaitin əsassız yerə xərclədiyi aşkar edilib.

Xatırladaq ki, həmin şöbənin müdiri Toğrul Cavadov barəsində də eyni ittihamla cinayət işi başlanıb. (ONA)

aia.az
Geri dön