Ana Sayfa > Dünya / Aia TV / Karusel > Xumar Qədimovanın qarşısında baş əydi - VİDEO

Xumar Qədimovanın qarşısında baş əydi - VİDEO


11-01-2016, 10:39. Yazar: admin

Müğənni Xumar Qədimova "5/5" verilişinin 2016-cı ildəki ilk qonağı olub.

Aia.az-ın məlumatına görə, hər zaman fərqliliyi ilə seçilən ifaçını bu dəfə proqramın yaradıcı heyəti təəccübləndirib. Belə ki, X.Qədimova studiyaya yelləncəklə yuxarıdan enib. Azərbaycan teleməkanında ilk dəfə edilən bu sürpriz müğənnini heyrətləndirib.

Verilişin aparıcısı Zaur Kamal müğənniyə olan heyranlığını belə ifadə edib:

"Çox sevdiyim, dinlədiyim ifaçılar var. Amma Xumar xanım onların ilkidir".

Ötən il bir-birindən maraqlı layihələrə imza atan X.Qədimova 2016-cı ildə bu ənənəsinə sadiq qalacağını bildirib. O, pərəstişkarlarını gözəl mahnılarla sevindirəcəyini deyib.

Verilişin ən maraqlı məqamlarından biri də Z.Kamalın ifaçı qarşısında baş əyməsi olub.

Geri dön