Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Qadının qarın boşluğundan nəhəng törəmə çıxarıldı
Qadının qarın boşluğundan nəhəng törəmə çıxarıldı3-04-2019, 13:08. Yazar: sevinc1 |
ATU-da xəstənin bağırsağından nəhəng törəmə çıxarılıb. aia.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasına müraciət edən xəstənin qarın boşluğundan nəhəng ölçülü törəmə çıxarılıb. Həkimlər nazik bağırsağa birləşən parazitar miomanı ətaf toxumalardan uğurla ayırmağa nail olublar. Əməliyyatı aparan Onkoloji Klinikanın həkimi Əkbər İbrahimovun sözlərinə görə, 55 yaşlı xanım Ukraynadan gəlib. USM VƏ KT ilə müayinə zamanı onun qarın və çanaq boşluğunu bütünlüklə dolduran, uşaqlıq mənşəli, 35 sm ölçüsünde abdominal-pelvik törəmə aşkarlanıb. Çəkisi 125 kq olan xəstə həmçinin piylənmədən əziyyət çəkib. Onda DVT (aşağı ətrafların dərin venoz trombozu) və PE (ağciyər trombemboliyası) amamnezi mövcud olub. Xəstədə Laparotomiya əməliyyatı icra olunub. Əməliyyat zamanı nazik bağırsaqlardakı damarlar vasitəsilə zəngin qidalanmış nəhəng parazitar miomaların olduğu müəyyənləşdirilib. Həkimlər xəstənin nazik bağırsağına və mezosuna zərər vermədən, törəməni bütün şəkildə etraf toxumalardan ayırıb çıxarıblar. Xəstə əməliyyatdan üç gün sonra evə yazılıb. aia.az Geri dön |