Ana Sayfa > Karusel / Parlament > Nazirliyə məxsus binada yanğınla bağlı RƏSMİ MƏLUMAT
Nazirliyə məxsus binada yanğınla bağlı RƏSMİ MƏLUMAT3-04-2019, 11:24. Yazar: sevinc1 |
![]() Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyinə məxsus Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən aia.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb. Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv.m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv.m sahədə, digər otağın və dəhlizin tavanı 20 kv.m sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. aia.az Geri dön |