Ana Sayfa > Ölkə > Ağstafada qanvermə aksiyası keçirildi
Ağstafada qanvermə aksiyası keçirildi2-04-2019, 17:53. Yazar: sevinc1 |
Bu gün Ağstafa rayon Mərkəzi Xəstəxanasında növbəti könüllü qanvermə aksiyası keçirilib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşəbbüsü ilə qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının artırılması məqsədi ilə təşkil olunub. Aksiyada iştirak edən donorlar ilk öncə müvafiq müayinədən keçiriliblər. Hazırda Ağstafa rayonunda 19 nəfər talassemiya və 12 nəfər hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaq qeydə alınıb. aia.az Geri dön |