Ana Sayfa > Karusel / Ölkə > Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir
Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir2-04-2019, 16:34. Yazar: sevinc1 |
Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün "Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişiklik olunması təklif edib. Bu, Palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi və "Sosial müavinətlər haqqında " Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır. (Report) aia.az Geri dön |