Ana Sayfa > Karusel / Ölkə > “Diqlas”dakı sahibkarlar güzəştli kreditlər ala biləcəklər
“Diqlas”dakı sahibkarlar güzəştli kreditlər ala biləcəklər2-04-2019, 12:49. Yazar: sevinc1 |
Bakıda "Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara maliyyə dəstəyinin verilməsi qaydaları hazırlanır. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib. O xatırladıb ki, dövlət başçısının fərmanına əsasən, yanğınla əlaqədar xüsusi komissiya yaradılıb. Sahibkarlara maliyyə yardımının göstərilməsi üçün hökumət 3 milyon manat ayırıb. S.Məmmədov qeyd edib ki, bu günədək 400-dən sahibkarla görüş keçirilib, hər biri ilə fərdi olaraq problemlər müzakirə olunub. Onun sözlərinə görə, sahibkarlar digər ticarət mərkəzlərində mağazalarla təmin olunacaq və beş ay ərzində icarə haqqı ödəməyəcək. Bundan başqa, həmin sahibkarlar Sahibkarlığın İnkişafı Fondu tərəfindən daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcək. (Trend) aia.az Geri dön |