Ana Sayfa > Dünya > VHP Türkiyədəki seçkilərlə bağlı bəyanat yaydı

VHP Türkiyədəki seçkilərlə bağlı bəyanat yaydı


1-04-2019, 18:22. Yazar: sevinc1
VHP Türkiyədəki seçkilərlə bağlı bəyanat yaydı


Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb.

Bakupost.az-ın məlumatına görə, bəyanatda deyilir:

"31 mart Türkiyədə keçirilən bələdiyyə seçkilərinin rəsmi nəticələri tam açıqlanıb. Bu seçki ölkənin gələcək həyatında mühüm rol oynayacaq və yeni siyasi-iqtisadi dövrün başlanğıcı olacaq. Qardaş Türkiyə Cumhuriyyəti və Türk xalqı həm seçkiyə qədərki dönəmdə, həm seçki prosesində, həm də seçkinin nəticələrinin hesablanmasında bütün dünyaya demokratiya və siyasi əxlaq nümunəsi göstərdi. Qərəz və iftiralı bəhanələrlə Türkiyəni Avropa Birliyindən kənar tutan dövlətlərdə belə bu şəkildə seçki aktivliyi və demokratik seçki mühiti müşqahidə olunmur. Türk xalqı və Türkiyə siyasi partiyaları ölkənin taleyini kimsənin öhdəsinə buraxmayacaqlarını, Ay Ulduzlu bayrağın qürurla dalğalanması üçün hər zaman ayaqda olacaqlarını bir daha bütün dünyaya göstərdilər. Bu seçkilərin əsas qalibi Türk xalqı və demokratiyadır!

31 mart seçkilərində Azərbaycan Türklərinin tarixi yaşayış yerləri olan bölgələrdə nəticələrdən üzülsək də ümumi nəticələrin Türk xalqının Atatürk ideyalarpına sadiqliyini göstərdiyini qürur və sevinclə dilə gətiririk. Vətəndaş Həmrəyliyi Partiyası olaraq Türk xalqını və qalib gələn namizədləri təbrik edir, Türkiyə Cumhuriyyətinin tarixində yeni dönəmdə qardaş Türk xqalqına uğurlar diləyirik”

aia.az
Geri dön