Ana Sayfa > Siyasət > ATƏT Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı konstruktiv görüşünü alqışlayır

ATƏT Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı konstruktiv görüşünü alqışlayır


1-04-2019, 17:02. Yazar: sevinc1
ATƏT Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı konstruktiv görüşünü alqışlayır


ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı konstruktiv görüşünü alqışlayır.

Trend bu barədə ATƏT-in bəyanatına istinadən məlumat verir.

Bəyanatda deyilir ki, M.Layçak Bratislavada ATƏT-in amerikalı həmsədri Endrü Şoferlə görüşüb.

M.Layçak Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada keçirilmiş ilk görüşün nəticələri barədə məlumatlandırılıb. O, danışıqların konstruktiv mühitini və liderlərin Dağlıq Qarabağ münaqişəsinin dinc həll yollarının axtarışları ilə bağlı səylərini alqışlayıb:

“Biz əvvəlki kimi bu prosesi və liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsi və humantiar sahədə tədbirlərin görülməsinə sadiqliyini müsbət qiymətləndiririk və tam dəstəkləyirik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.

aia.az
Geri dön