Ana Sayfa > İqtisadiyyat / Manşet / Aia TV > İlham Əliyevdən sərt xəbərdarlıq: Süni bahalaşmaya son qoyulmalıdır

İlham Əliyevdən sərt xəbərdarlıq: Süni bahalaşmaya son qoyulmalıdır


11-01-2016, 09:35. Yazar: admin



"İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı suni şəkildə bəzi işbazlar qiyməti qaldırmaq istəyirlər. Müəyyən dərəcədə biz ərzaq məhsullarının idxalından asılıyıq. Hələ 100% özümüzü yerli istehsalla tam təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, həmin məhsullarda ümumiyyətlə qiymət artımı olmamalıdır".

Aia.az-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar vəziyyətdən sui-istifadə etmək istəyirlər: "Suni bahalaşmaya son qoyulmalıdır. Burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz tək cərimələrlə də kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu məsələ işıqlandırılmalıdır ki, buna son qoyulsun", - deyə İlham Əliyev vurğulayıb.
Geri dön