Ana Sayfa > Karusel / Cəmiyyət > Tovuzda ev partladı - 2 nəfər dağıntılar altında qaldı

Tovuzda ev partladı - 2 nəfər dağıntılar altında qaldı


1-04-2019, 11:10. Yazar: sevinc1
Tovuzda ev partladı - 2 nəfər dağıntılar altında qaldı



Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

aia.az
Geri dön