Ana Sayfa > Manşet / Ölkə > Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi

Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi


30-03-2019, 12:03. Yazar: sevinc1
Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi



29 Mart 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “ “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi.

AİA.AZ xəbər verir ki, layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olundu. Ağstafada keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib. Festivalda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Əlisultan Sadıqov, mədəniyyət və incəsənət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar. Sonra hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Sonda Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər. Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə, alqışlarla qarşılanıb. Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəməyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

aia.az



















Geri dön