Ana Sayfa > Ölkə > Şəhid zabitin həyat yoldaşı: Mehriban Əliyeva operativ olaraq problemimizin həlli üçün göstəriş verdi
Şəhid zabitin həyat yoldaşı: Mehriban Əliyeva operativ olaraq problemimizin həlli üçün göstəriş verdi29-03-2019, 17:21. Yazar: sevinc1 |
“Mənzilimizin “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında əlimizdən alınması və bu məsələnin həllinə yardım göstərilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməmişdim. Mehriban Əliyeva özü bu barədə məlumatı mətbuatdan oxuyub və operativ olaraq problemimizin həlli üçün göstəriş verib. Mehriban xanıma minnətdarıq”. Bunu Trend-ə Ali Məhkəmənin qərarı ilə mənzili əlindən alınan, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova deyib. Onun sözlərinə görə, ötən gün Ali Məhkəmə İ.Axundovun iddiası əsasında şəhid zabit S.Axundovun ailəsinin Bakının Yasamal rayonunda yerləşən 50 kvadratmetrlik mənzilinin əlindən alınması haqqında qərar çıxarıb. Şəhid ailəsi olaraq daim dövlətin qayğısını hiss etdiklərini deyən N.Axundova haqq-ədalətin qalib gələcəyinə hər zaman inandığını bildirib. O, Mehriban Əliyevanın göstərişi ilə Bakının Nərimanov rayonunda 3 otaqlı mənzillə təmin olunduqlarını deyib. Qeyd edək ki, Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb. Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi problemin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər. aia.az Geri dön |