Ana Sayfa > Karusel / Gündəm > "Diqlas"da malı yanan sahibkarlar prokurorluqda dindirilir
"Diqlas"da malı yanan sahibkarlar prokurorluqda dindirilir28-03-2019, 19:22. Yazar: sevinc1 |
![]() "Diqlas" ticarət mərkəzində yanğın nəticəsində zərərçəkən sahibkarlar Nizami rayon prokurorluğunda dindirilir. aia.az-ın "Report"a istinadən xəbərinə görə, dindirmə zamanı onların anket məlumatları dəqiqləşdirilib, dəymiş ziyanla bağlı suallar verilib. Sahibkarların verdiyi məlumata görə, dindirilmə bir neçə gün davam edəcək. Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” ticarət mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb aia.az Geri dön |