Ana Sayfa > Gündəm > Nurəddin Xocaya şərti cəza verildi
Nurəddin Xocaya şərti cəza verildi28-03-2019, 16:14. Yazar: sevinc1 |
![]() Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Teref.info" saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.İsmayılov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib. İttihama görə, N.İsmayılov vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və saytında dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib. aia.az Geri dön |