Ana Sayfa > Karusel / Gündəm > İlqar Məmmədovun şərti cəzası ləğv olundu

İlqar Məmmədovun şərti cəzası ləğv olundu


28-03-2019, 12:59. Yazar: sevinc1
İlqar Məmmədovun şərti cəzası ləğv olundu


REAL hərəkatının sədri İlqar Məmmədovun şərti cəzası ləğv olunub. Modern.az xəbər verir ki, martın 28-də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında cəzasını dəyişdirib. Cəza 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi.

Ötən il Ali Məhkəmənin plenumu İ.Məmmədovun şikayətinə baxaraq, onun işini Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi 6 il müddətinə şərti cəza ilə əvəzlənmişdi.

aia.az
Geri dön