Ana Sayfa > Ölkə > Vurğun qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi - FOTOLAR
Vurğun qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi - FOTOLAR27-03-2019, 15:59. Yazar: sevinc1 |
Vurğun qəsəbə sakinləri ilə növbəti görüş 2 saylı körpələr evi-uşaq bağçasının həyətində keçirildi. Görüşdə rayonun-hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. AİA.AZ xəbər verir ki, Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev tədbiri giriş sözü ilə açaraq respublikamızın bütün sahələrindəki dinamik inkişafından, hökm sürən ictimai-siyasi sabitliyindən, hərbi qüdrətindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə son zamanlar Ağstafada geniş vüsət almış abadlıq-quruculuq işlərindən və inşası uğurla davam etməkdə olan irimiqyaslı sosial infrastruktur layihələri qeyd edərək təsis edilmiş sənaye, istehsal və emal müəssisələri, orada yaradılmış yüzlərlə yeni iş yerləri barədə görüş iştirakçılarına ətraflı məlumat veribdir. Səyyar görüşdə sakinlərin təklif və müraciətləri qəbul olunub. Kənd sakinləri rayonda həyata keçirilən infrastruktur layihələri dəstəklədiklərin bildirib, kəndin yeni məhəllərlərində avtomobil yolunun və elektrik təsərrüfatının yaxşılaşdırılmasını, Vurğun qəsəbə tam orta məktəbinin yaxınlığında subartezan quyusunun qazılmasını, 2 saylı körpələr evi-uşaq bağçasının təmir etdirilməsini təklif etdilər. Sonda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi. Qaldırılan məsələlərin yaxın zamanda həllini tapması istiqamətində lazımı tədbirlər görüləcəyi bildirildi. Görüşdə iştirak edən vətəndaşlar kənddə görülən abadlıq, quruculuq işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər. aia.az Geri dön |