Ana Sayfa > Ölkə > Ağstafa RİH başçısı yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərlə yaxından tanış oldu - FOTOLAR

Ağstafa RİH başçısı yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərlə yaxından tanış oldu - FOTOLAR


27-03-2019, 11:38. Yazar: sevinc1
Ağstafa RİH başçısı yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərlə yaxından tanış oldu - FOTOLAR




Ağstafa RİH başçısı Məhərrəm Quliyev rayonun yeni salınmış asfalt küçələrində görülən işlərlə yaxından tanış oldu. Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır.

AİA.AZ xəbər verir ki, mMüasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan cənab Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Rayonda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artmışdır.






Geri dön