Ana Sayfa > Ölkə > Azərbaycanda 450 uşağın avaralıq və dilənçiliklə məşğul olduğu müəyyən edilib
Azərbaycanda 450 uşağın avaralıq və dilənçiliklə məşğul olduğu müəyyən edilib27-03-2019, 09:49. Yazar: sevinc1 |
Ötən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər. Trend-in məlumatına görə, 2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib. Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub. Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. aia.az Geri dön |