Ana Sayfa > Cəmiyyət > Xəzər rayonunda beşmərtəbəli binada yanğın: 15 nəfər təxliyə olunub

Xəzər rayonunda beşmərtəbəli binada yanğın: 15 nəfər təxliyə olunub


27-03-2019, 08:46. Yazar: sevinc1
Xəzər rayonunda beşmərtəbəli binada yanğın: 15 nəfər təxliyə olunub


Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb.

aia.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön