Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq VIDEO

Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq VIDEO


10-01-2016, 10:13. Yazar: admin

Xalq şairi böyrək çatışmazlığından əziyyət çəkib.

Xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Aia.az-ın xəbərinə görə, bu barədə APA-ya mərhum xalq şairinin ailəsindən bildirilib.

Qeyd edək ki, xalq şairi ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Xatırladaq ki, Zəlimxan Yaqub bu gün dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.
[media=https://youtu.be/h7E6JuiDyyE]
Geri dön