Ana Sayfa > Karusel / İqtisadiyyat > Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır18-03-2019, 13:31. Yazar: sevinc1 |
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılacaq. Komitədə müvafiq dövlət strukturlarının, bankların, eləcə də cəmiyyət nümayəndələrinin iştirakı planlaşdırılıb. Məlumatı Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatası da təsdiqləyib. Palatadan aldığımız məlumata görə, məqsəd prosesin həyata keçirilməsi zamanı yarana biləcək hər hansı narazılıqların obyektiv şəkildə həllinə nail olmaqdır. Qeyd edək ki, fərman 800 000 nəfəri əhatə edir və iş prosesində də ola bilsin ki, cüzi problemlər yaransın. Bu halda hər bir şəxsin apellyasiya hüququ olacaq. Əgər nəzərə alsaq ki, bu gün problemli kreditlərlə bağlı kredit tarixçəsi olan minlərlə insan banklardan çıxarış alıblar. Kompensasiya ya restrukturizasiya ilə bağlı qeyd edilən məbləğlə özünün əldə etdiyi hesabdan çıxarışla uzlaşma vaxtı hansısa suallar yarana bilər. O suallarla əlaqədar araşdırmanı məhz xüsusi Apellyasiya Komitəsi aparacaq. Müraciət əsasında vətəndaşın suallarına cavab veriləcək, qeyd olunan məbləğin düzgün hesablanıb-hesablanmadığı, arada nəsə fərqlər varsa, ona da aydınlıq gətiriləcək. aia.az Geri dön |