Ana Sayfa > Manşet / İqtisadiyyat > Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"
Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"18-03-2019, 13:28. Yazar: sevinc1 |
OPEC+ sazişinin uzadılmasına dair qərar aprel ayında deyil, iyunda qəbul oluna bilər. ONA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, OPEC+ sazişinin 2019-cu ilin ikinci yarısı üçün uzadılması məsələsini apreldə müzakirə etmək çox tezdir: “Qərar, çox güman ki, iyun ayında qəbul ediləcək. Kommersiya neft ehtiyatları artmaqdadır və neft bazarında hələ d dolğunluq müşahidə olunur. Neft ehtiyatlarının artımı dayansa belə, bazarda balansa qayıtmalı lazım olacaq”. aia.az Geri dön |