Ana Sayfa > Karusel / İdman > Azərbaycanlı boksçu Avropa çempionu oldu
Azərbaycanlı boksçu Avropa çempionu oldu18-03-2019, 10:00. Yazar: sevinc1 |
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub. Yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb. +91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib. Beləliklə, Azərbaycan millisi qitə birinciliyini bir qızıl və iki bürünc medalla başa vurub. M.Abdullayevdən öncə Rüfət Hüseynov (-49 kq) və Cəbrayıl Yelekov (-81 kq) üçüncü yeri tutub. Qeyd edək ki, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında dördüncü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz dörd millinin hesabındadır. Rusiya boksçuları yeddi dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər üç ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb. aia.az Geri dön |