Ana Sayfa > Parlament / Qərbi Azərbaycan / Aia TV / Karusel > “Diaqnoz” Tibb Mərkəzindən uzaq durun - BİR AİLƏNİ BƏDBƏXT ETDİLƏR
“Diaqnoz” Tibb Mərkəzindən uzaq durun - BİR AİLƏNİ BƏDBƏXT ETDİLƏR10-01-2016, 09:36. Yazar: admin |
“Get ay bala, sən nəfəs almağı bacarmırsan”- Anoloqu olmayan həkim məsləhəti… “Diaqnoz” Tibb Mərkəzinin həkimi Qənbər Qocayevin səhlənkarlığı ucbatından övladının sağlamlığını itirdiyini iddia edən Şuşadan məcburi köçkün olan Rəşad Bağırov saytımıza müraciət edib. Onun sözlərinə görə, 7 yaşlı oğlu Nihad Bağırzadəni boğaz ətinin götürülməsi əməliyyatını aparan “Diaqnoz” Tibb Mərkəzinin həkimi Qənbər Qocayev onu pis vəziyyətə salıb: “Külli miqdarda maddi ziyandan əlavə oğlumun sağlamlığında ciddi problem yaranıb. Aidiyyatı qurumlar isə susur. Şuşadan məcburi köçkünük. İki övladım var. Biri qız, o biri oğlan. Qənbər Qocayev uşaqları müayinə etdikdən sonra hər ikisində 3-cü dərəcəli adanoidtanzilit olduğunu və hər iki uşaqda təcili əməliyyat aparılmazsa, ürək qüsuru yaranacağını bildirdi. “Diaqnoz Tibb Mərkəzi”nin baş həkimi Ələddin Cabbarov bizim qohumdur. Məhz ona inanaraq, ilk olaraq oğlumuzun Nihad Bağırzadənin əməliyyatına razılıq verdik. 02.06.2014-cü il tarixdə oğlum LOR həkimi Qənbər Qocayev tərəfindən “Diaqnoz Tibb Mərkəzi”ndə əməliyyat olundu. Əməliyyatdan bir gün sonra oğlum Nihadı evə buraxdılar. Amma sənədlərdə 5 gün xəstəxanada qaldığı qeyd olunur. Nihadın boyun və boğaz hissəsində çox möhkəm ağrıları var idi. Əməliyyatın 9-cu günü saat 12-13 arası uşağın ağız və burnundan kəskin qanaxma başladı. Demək olar ki, onu ölümcül vəziyyətdə “Diaqnoz Tibb Mərkəzi”nə çatdırdıq. Önəmli fakt olduğu üçün klinikanın sənədlərində onun qanaxma ilə xəstəxanaya yerləşdirildiyi gizlədilib. Uşağa təcili müdaxilələr olunub, sistem köçürüldü. Vəziyyət ciddi olduğu üçün Nihadı bir gecə xəstəxanada saxlamalı oldular”. Atanın bildirdiyinə görə, günlər keçdikcə övladının vəziyyəti daha da ağırlaşıb. Bunu görən valideynlər uşağı təkrar Qənbər Qocayevin yanına müayinəyə aparıblar. Həkim uşağın xroniki faringit və allergiyası olduğunu söyləyərək bir neçə dərman yazıb: “O, sadəcə işin nə yerdə oluğunu bilirdi və bu hərəkəri ilə sadəcə vaxt qazanırdı. Yazdığı dərmanları oğlum qəbul etdi. Ancaq heç bir köməyi olmadı. Biz təkrar Qənbər Qocayevin yanına getdik. O, oğlumuzu müayinə edərkən kiçik pambıq parçasını burnu ilə üfürməyi tələb etdi. Oğlumun tənəffüs yolları bərbad hala düşdüyü üçün təbii ki, üfürə bilmədi. Qocayev uşağın qolundan tutaraq “Get ay bala, sən nəfəs almağı bacarmırsan” – deyə itələdi. Yoldaşım Elnarə Bağırovanı isə “Sən necə anasan, uşağına nəfəs almağı öyrətmirsən” deyə acıladı. Biz həkim Qocayevin bu davranışlarından şübhələndik və həmin günü uzman həkimə müayinə etdirdik. Həkim müayinə zamanı uşağın vəziyyətinin ağır olduğunu söylədi və diaqnozu dəqiqləşdirmək üçün bizi başqa bir həkimin yanına göndərdi. Bu həkim də eynilə həmin diaqnozu (nazofarinks stenoz) qoydu. Bundan sonra biz yenidən “Diaqnoz Tibb Mərkəzi”ində oğlumu bu vəziyyətə salan Qənbər Qocayevin yanına gəlib olanları ona danışdıq. O bizə “Getdiyiniz həkimlər dünənin uşaqlarıdır, onlar mənim ayağımın altını qazır” deyərək cavab verdi”. Çarəsiz qalan valideynlər növbəti dəfə övladlarının durumu ilə bağlı professor Refiq Çaylanın qəbulundə olublar. Professor bildirib ki, Nihad yenidən əməliyyat olunmalıdır: “Biz təkrar əməliyyata qərar verdik. 18.08.2014-cü il tarixdə oğlum əməliyyata alındı. Bir neçə dəqiqə sonra məni və həyat yoldaşımı təcili həkimin yanına çağırdılar. Refik həkim durumun çox ciddi olduğunu deyərək əməliyyatı yarımçıq saxladığını dedi. Bildirdi ki, əks halda uşaq həyatını itirə bilərdi. Həkim bu əməliyyatın Azərbaycanda deyil, yalnız Almaniya və Amerikada mümkün olduğunu dedi. Refik həkim təcili Qənbər Qocayevi yanına çağırdı. Qocayev tibbi geyimdə xəstəxanaya gəldi. Həyat yoldaşım ona sərt etiraz edərkən Qocayev “Narahat olmayın, nə lazımdırsa edəcəyəm, qaçmıram ki”, – deyib bizi sakitləşdirməyə çalışdı”. Şikayətçi vurğulayır ki, “Diaqnoz Tibb Mərkəzi”nin baş həkimi Ələddin Cabbarovun yanına bir neçə dəfə gedib vəziyyəti danışıblar. O, bütün məsuliyyəti üzərinə götürəcəyini və lazım olduğu təqdirdə oğlunun hətta İsraildə müalicə olunmasına yardım edəcəyinə dair söz verib: “Sən demə, bununla baş həkim bizi sadəcə aldadırmış. Əməliyyatın İstanbulda baş tutacağını Ələddin Cabbarova söylədik. Cabbarov bizi qrup yoldaşı olan Qarayev adına Uşaq Xəstəxanasında Mahir həkimin və onunla birgə işləyən professor Azər Xudayevin yanına müayinəyə göndərdi. Azər və Mahir həkim Nihadı müayinə etdikdən sonra bizə ölkəmizdə bu əməliyyatı edə biləcək nə həkimin, nə də avadanlığın olduğunu dedilər. Təcili olaraq xarici ölkələrdən kim təklif edirsə, ora aparmağımızı məsləhət gördülər. Təcili baş həkim Ələddin Cabarovun yanına gəldik. İstanbulda əməliyyata əlavə xərclərlə birgə 12000 dollar pul lazım olduğunu bildirdik. O, bizə yalnız 1000 manat verə biləcəyini dedi. Çoxlu yalvarışlarımızdan və xahişlərimizdən sonra bizə 3000 manatdan artıq pul verə bilməyəcəyini bildirdi. Zamanın oğlumun sağlamlığının əleyhinə işlədiyini nəzərə alıb pulu götürüb qohumlardan, tanışlardan borc alıb İstanbula yola düşdük. Övladım ilyarım ərzində 6 əməliyyata alınıb və tərəfimizdən bu vaxta qədər 30000 dollar məbləğində pul xərclənib. Nihadı növbəti əməliyyat gözləyir. Səhhətindəki problem isə davam etməkdədir”. Övladının başına gətirilənlə bağlı R. Bağırov məhkəməyə müraciət etdiyini deyib: “Başımıza gətirdikləri hadisəyə, övladımın sağlamlığına vurduqları ziyana görə Nihadı birinci əməliyyat edən LOR həkim Qənbər Qocayevi, Ələddin Cabbarovu və Diaqnoz Tibb Mərkəzini Xətai rayon Məhkəməsinə verdik. 3 aya bitməli olan məhkəmə prosesi hakim Səadət Səlimova tərəfindən 8 ayadək uzadıldı. Təbii ki, bu da qarşı tərəfin xeyrinə olan bir addım idi. Ekspertiza təyin edildi. Bizi Mirqasımov adına Respublika Klinik xəstəxanasında işləyən lor həkim professor Nazim Hüseynovun yanına göndərdilər. Professor Hüseynov da “Diaqnoz Tibb Mərkəzi”nin verdiyi saxta sənədlər əsasında bizim əleyhimizə rəy verdi. Bizim tələblərimiz nəzərə alınmayan məhkəmə iclaslarında Qənbər Qocayev və Ələddin Cabbarov iştirak etmədilər. Yalnız vəkilləri qatıldı.11.11.2015-ci il tarixində hakim Səadət Səlimovanın çıxardığı qərara əsasən Qənbər Qocayevin, Ələddin Cabbarovun və Diaqnoz Tibb Mərkəzinin bu işdə günahı olmadığı bildirildi. Bu günə qədər məhkəmə qərarını bizə verməyiblər. Saxta məhkəmənin saxta nəticələri onların xeyrinə həll olundu. Boynumuza da qoydular ki, uşaqda anadangəlmə problem olub. Çıxılmaz vəziyyətdəyik. Prokurorluğa, aidiyyatı digər qurumlara etdiyimiz müraciət isə cavab qalıb”. Şikayətçi deyir ki, oğlunu ömürlük şikəst qoyan Qənbər Qocayev barədə prezident İlham Əliyevə, Mehriban Əliyevaya, səhiyyə nazirinə, Zakir Qaralova məktubla müraciət edib: “Uşağın səhhəti normal deyil. Geçələr nəfəssizlikdən əziyyət çəkir. Mənim heç kimlə düşmənçiliyim yoxdur. Həkim səhvidir də, hər kəsin həyatda səhvi ola bilər. Səhvin boynuna götürsün, uşağımı sağaldıb mənə versin. 30 min manata qədər xərcimiz çıxıb. Hələ qarşıda da 9 min manatlıq əməliyyat durur. Usta əməyi ilə dolanan adamam və kirayədə qalıram. Mənim üçün çox çətindir. Qarşıdakı əməliyyata maddi durumum əl vermir. Xahiş edirik səsimizi cənab prezidentə çatdırın. Uşağıma sahib çıxsınlar. Mənə başqa heç nə lazım deyil. “Diaqnoz Tibb Mərkəzi” ən azı ayda 100 min manat televiziyalara reklam verir. Övladımın başına gətirilən bəlanı yoluna qoysunlar”. Məsələ ilə bağlı “Diaqnoz Tibb Mərkəzinin” həkimi Qənbər Qocayev məsələni məhkəmənin həll etdiyini deyir: “Məhkəmə qərar verib və bu qərarları sizə də təqdim edə bilərik. Amma onların əlində heç bir sənəd yoxdur, baxmayaraq ki, bütün istansiyalardan keçiblər. Əməliyyat uğurlu keçmişdi. Sadəcə spayka əmələ gəlmişdi. Onlara dedik ki, gəlin bu spaykanı açaq, amma köndələn getdilər və bunun üçün başqa yerlərə getdilər. Biri var idi ki, biz onu açardıq, biri də var ki, hardasa bunu həll etmək. Əməliyyat edən həkim bunu daha yaxşı edə bilərdi. Ondan sonra başqa-başqa klinikalarda xeyli şeylər ediblər. Adını da qoyublar ki, biz etmişik. Bütün qatıb-qarışdırıblar. Ona görə də ekspertizaya verdik. Heç uşağı ondan sonra bizə gətirməyiblər. Uşaq yoxlanılıb, sağlamdır. Sadəcə onda anadangəlmə qüsurlar var. Bunun əməliyyata nə dəxli var? Əməliyyatdan əvvəl uşaq müayinədən keçmişdi. Hər şey normal keçib. Sadəcə bitişməni aralamaq lazım idi. Həmin günü gəlmədilər. Eşitdik ki, başqa yerlərdə bunu ediblər”. Uşağın Türkiyədə 5 əməliyyat keçməsi məsələsinə gəlincə, həkim bunun yalan olduğunu deyib. Bildirib ki, əgər belədirsə, məhkəməyə əməliyyatları barədə sənəd gətirərdilər: “Bəs niyə məhkəməyə sənəd təqdim etmədilər? Əllərində heç bir kağız yoxdur”./moderator Geri dön |