Ana Sayfa > Manşet / Parlament > Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - RƏSMİ MƏLUMAT
Azərbaycanlı ruhi xəstə Ermənistana keçdi - RƏSMİ MƏLUMAT16-03-2019, 14:07. Yazar: sevinc1 |
Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb. Bu məlumatla əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidmətindən aia.az-a bildirilib ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub. Hazırda araşdırma işləri davam edir. aia.az Geri dön |